İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın

İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı basqına cəhd edilib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

İki maskalı şəxs səhər saatlarında Arşakunyats prospektində Şenqavit Rayon Məhkəməsinin binası yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin işçilərinə hücum edib. Onlar müqavimət göstəriblər, nəticədə iki əməkdaş xəsarət alıb.

Onlardan biri kəllə-beyin travması, digəri ayağından güllə yarası alıb. Quldurlar qaçıblar və polis onları axtarır.

Ermənistan İstintaq Komitəsi Yerevanın Arşakunyats prospektində yerləşən “Maks Oil” yanacaqdoldurma məntəqəsində baş vermiş oğurluqla bağlı iş açıb.

İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan faktla bağlı ilkin araşdırma aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR