İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda müxalifətin bağladığı küçələr hərəkət üçün açılıb

İrəvanda müxalifət tərəfdarlarının bağladığı bütün yollar açılıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə şəhər polisindən açıqlama verilib.

“Səhər yük maşınları bəzi yolları bağladığı üçün onların hərəkətində məhdudiyyət yaranmışdı. Polis əməkdaşları maneələri operativ şəkildə aradan qaldırıb”, - İrəvan şəhər polisinin açıqlamasında bildirilib.

***

 

Ermənistanın paytaxtı İrəvanda vətəndaş itaətsizliyi ilə müşayiət olunan etiraz aksiyaları davam edir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müxalifət tərəfdarları səhər saatlarında şəhərin bir çox körpü və yollarını bağlayıb.

Belə ki, aksiya iştirakçıları İrəvanın “Kiyev” körpüsünü betonqarışdıran maşınlarla bağlayıb.

Əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub. Onlar yolu açmağa cəhd göstəriblər. Bundan başqa, Baqramyan prospekti və Orbeli küçəsi də bağlı qalır.

Etirazçılar “Nikolsuz Ermənistan” şüarı səsləndirirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR