Onlayn ictimai-siyasi qəzet
İrəvanda yerli əhali nəqliyyat tariflərinin qaldırılmasını boykot edir.
Musavat.com xəbər verir ki, ermənilər artıq 3 gündür nəqliyyat tariflərinin qalxmasına bu cür yolla etiraz edirlər.
Boykotda İrəvan Şəhər Ağsaqqallar Şurasının "Ana Ermənistan" fraksiyasının üzvləri də iştirak edir. Onlar yerli sakinlərə qanuni tarif müəyyən olunana qədər tam ödəniş etməməyə çağırırlar.
İrəvanın keçmiş meri Ayk Marutyan bu gündən etibarən boykotun daha da genişlənməsini gözlədiklərini, çünki tələbələr və işləyən vətəndaşların da boykota qoşulacaqlarını deyib.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ