İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan “Tomaqavk”larla bağlı XƏBƏRDARLIQ - Nüvə təhlükəsi yaradır

ABŞ-ın “Tomaqavk” qanadlı raketlərini Ukraynaya ötürməsi eskalasiyanın yeni və təhlükəli mərhələsinə səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Bu, çox ciddi eskalasiya addımı olardı. Həm də başa düşmək lazımdır ki, söhbət nüvə başlığı daşıya bilən raketlərdən gedir. Bununla belə, bu addım cəbhədə vəziyyəti Kiyevin xeyrinə dəyişməyəcək”, – Peskov vurğulayıb.

Kremlin sözçüsünün sözlərinə görə, belə silahların dövriyyəyə daxil edilməsi qlobal təhlükəsizlik üçün “həqiqətən də ciddi risk” yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR