İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda fövqəladə hadisə: Patrul əməkdaşları ərazini mühasirəyə alıb

Bu gün, oktyabrın 21-də İrəvanda fövqəladə hadisə baş verib. Musavat.com erməni mediasına istinadən bildirir ki, axşam radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin milli böhran idarəetmə mərkəzinə Qələbə parkında fəaliyyət göstərən yarıaçıq kafelərdən birində zərərçəkənlərin olması barədə məlumat daxil olub. Oxşar siqnal Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin polis operativ idarəetmə mərkəzinə də ünvanlanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib, ilk növbədə zərərçəkənlərə yerindəcə ilkin tibbi yardım göstərib, sonra iki yaralı Heratsi Universitetinin 1 saylı xəstəxanasına, bir nəfəri isə Ermənistan Tibb Mərkəzinə çatdırılıb. Patrul əməkdaşları ərazini mühasirəyə alıblar.

İlkin məlumata görə, partlayış kafenin mətbəxi və tualetinin ərazisində baş verib və nəticədə tavanın əhəmiyyətli hissəsi uçub, pəncərə şüşələri qırılıb, mebellər yararsız hala düşüb.

Məlumata görə, ərazi qazlaşdırılmadığı üçün partlayışın qaz sızması nəticəsində baş vermədiyi məlum olub.
Hadisə yerinə Kanaker-Zeytun polisinin növbətçi qrupu gəlib. Həmçinkn bölgənin istintaq şöbəsinin müstəntiqlərinin araşdırmalara vaşlayacağı bildirilir. Polis yaralıların şəxsiyyətini müəyyənləşdirir.

Qeyd edək ki, bu gün İrəvanda iki silahlı hadisə baş verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR