İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya parlamenti evtanaziya qanun layihəsini təsdiqlədi

Britaniya parlamentinin aşağı palatası evtanaziya haqqında qanun layihəsinin qəbuluna səs verib.

Musavat.com xəbər verir ki, layihə 314 deputatın lehinə, 291 deputatın isə əleyhinə səs verməsi ilə təsdiqlənib. İndi sənəd Lordların yuxarı palatasında təsdiqlənməlidir.

Qanun layihəsinə əsasən, altı aydan az ömrü qalan ölümcül xəstələr həyatlarına son qoymaq üçün evtanaziya tələb edə bilərlər. Evtanaziya yalnız 18 yaşdan yuxarı, sağlam düşüncə qabiliyyətinə malik şəxslər üçün mümkündür.

Layihə parlamentdə geniş müzakirələrdən sonra qəbul olunub və gələcəkdə insanlara son mərhələdə daha insani seçim imkanı yaratması gözlənilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR