Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ administrasiyası İranla bağlı mümkün hərbi ssenarilər üzərində ciddi şəkildə düşünür.
Ağ Evdən verilən açıqlamada qeyd olunur ki, İranın nüvə proqramı ilə bağlı vəziyyət kritik həddə çatıb və bu ölkəyə qarşı “bütün variantlar masadadır”.
Rəsmi Vaşinqtondan gələn bəyanatlarda istisna edilməyən əsas ssenarilərdən biri də İranın nüvə obyektlərinə qarşı preventiv (önləyici) zərbədir. ABŞ rəsmiləri bildirirlər ki, Tehran beynəlxalq nüvə sazişlərinə əməl etmir və uranı silah səviyyəsinə qədər zənginləşdirməkdə davam edir.
İsrailin 8 gündür İranı bombalamasından sonra ABŞ -ın da hava savaşına qoşulması regionda qlobal müharibə ssenarisini gündəmə gətirib.
Son açıqlamalarda bildirilir ki, ABŞ və İsrail arasında birgə hərbi əməliyyat ssenariləri müzakirə olunur. Xüsusilə İranın strateji nüvə obyektlərinin hava zərbələri ilə sıradan çıxarılması gündəmdədir.
İran tərəfi isə ABŞ və İsraili sərt cavablarla hədələyir, hər hansı bir hücuma qarşı “ən sərt şəkildə” cavab veriləcəyini bəyan edir.
Bütün bunları yazmaqla bərabər, Sevinc Telmanqızının bu mövzuda hazırladığı video icmalı da oxucularımıza təüdim edirik.
Musavat.com
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ