Onlayn ictimai-siyasi qəzet
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi İranın nüvə obyektlərinə edilə biləcək hücumların təhlükələri ilə bağlı yenidən xəbərdarlıq edib.
“Report”un ABŞ bürosu xəbər verir ki, Qrossi bu fikirləri BMT Təhlükəsizlik Şurasının İran və İsrail arasında davam edən gərginliyə dair keçirilən təcili iclasında səsləndirib.
BAEA rəhbəri bildirib ki, İsrailin İranın Natanz şəhərində yerləşən nüvə obyektlərinə endirdiyi zərbələr radiasiyanın ətrafa yayılmasına səbəb olmayıb və hazırda radioaktivlik səviyyəsi normaldır. O əlavə edib ki, Fordo nüvə obyektində də hər hansı ciddi zərər qeydə alınmayıb.
Bununla belə, Qrossi Buşehr Atom Elektrik Stansiyasına mümkün hücumun böyük miqdarda radiasiyanın ətrafa yayılmasına səbəb ola biləcəyini, çünki həmin obyektin minlərlə kiloqram nüvə materialı saxladığını vurğulayıb.
O, həmçinin qeyd edib ki, agentlik İran üzrə yoxlamaları BMT-nin Nüvə Silahlarının Qadağan olunması Müqaviləsi (NPT) çərçivəsindəki öhdəliklərə uyğun olaraq, təhlükəsizlik şəraiti bərpa olduqdan dərhal sonra yenidən həyata keçirməyə hazırdır:
“Maksimal ehtiyatlılıq nümayiş etdirilməlidir. Hərbi eskalasiyalar təkcə insanların həyatını təhlükəyə atmır, həm də İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmiş diplomatik proseslərə ciddi maneə yaradır”.
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ