İnsanlara hürriyət, millətlərə istiqlal!

“Klon”un ulduzu VƏFAT ETDİ - FOTO

“Klon” serialının ulduzu, məşhur braziliyalı aktyor Fransisku Kuaku vəfat edib. 

O, bu kult teleserialda doktor Alibyerinin dostu və keşiş obrazı ilə tanınmışdı. Melodram janrının əfsanəvi aktyoru 91 yaşında dünyasını dəyişib.

Kuakunun ölüm xəbərini “Klon”da baş rol olan Hade obrazını canlandıran aktrisa Covanna Antonelli təsdiqləyib.

O, sosial media hesabında həmkarının qara-ağ fotosunu  paylaşaraq, duyğulu bir mesaj yazıb:

“Fransisku Kuakunun gedişi ilə televiziya tarixinin gözəl bir hissəsi də bizimlə vidalaşdı. O, istedadı və zərifliyi ilə bir neçə nəsli müşayiət edən insan idi. Az danışsa da, təkcə baxışları ilə hissləri ifadə edə bilirdi. O, həm qəhrəman-aşiq, həm dramatik aktyor, həm də komediya ustası idi… O, böyük idi. Onu hər zaman belə xatırlayacaqlar – ən böyük sənətkarlardan biri kimi”.

Məlumata görə, Fransisku Kuaku San-Paulu şəhərində, ailəsi və yaxınlarının əhatəsində dünyasını dəyişib.   (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR