Onlayn ictimai-siyasi qəzet
Cenevrədə Avropa üçlüyü(Fransa, Böyük Britaniya, Almaniya) və İranın xarici işlər nazirləri arasında görüş başa çatıb.
Musavat.com reuters-ə istinadən xəbər verir ki, nəticələr barədə danışan Avropa İttifaqının xarici siyasət komissarı Kaja Kallas bildirib ki, görüşdə yalnız nüvə məsələsi deyil, çoxsaylı mövzular müzakirə olunub.
Onun sözlərinə görə, iştirakçılar danışıqları davam etdirmək barədə razılığa gəliblər: "Regional eskalasiya heç kimə sərfəli deyil, biz danışıqları davam etdirmək barədə razılığa gəldik, danışıqlar prosesini açıq saxlamaq çox vacibdir. Biz təkcə nüvə məsələsini müzakirə etmədik".
Görüşdən sonra açıqlama verən İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrailin hücumları davam etdikcə İran “tərəflərin heç biri” ilə danışıqlar aparmayacaq. Nazir vurğulayıb ki, İran özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək.
Əraqçi həmçinin qeyd edib ki, İran “Avropa üçlüyü” ilə məsləhətləşmələri davam etdirməyə və yaxın vaxtlarda daha bir görüş keçirməyə hazırdır.
Musavat.com
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ