İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan seçkilərində Paşinyanın “Pirr qələbəsi” hansı nəticələrə gətirib çıxaracaq

Ermənistan Mərkəzi Seçki Komissiyası İrəvan meriyasına keçirilən seçkilərdə səslərin elektron hesablanmasını başa çatdırıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 475 seçki məntəqəsinin hamısının nəticələrinə yekun vurulub.

28,46% kimi rekord aşağı seçici fəallığı ilə (824,250 seçicidən yalnız 234,553-ü seçki qutusuna gedib) hakim Mülki Müqavilə partiyası “Pirr qələbəsi” qazanıb. Seçicilərin 32,57%-i (75 463 səs) ona səs verib ki, bu da bu hakim siyasi qüvvəyə Ermənistan paytaxtının merini müstəqil şəkildə seçmək imkanı vermir. Yada salaq ki, beş il əvvəl “məxməri inqilab”dan eyforiya fonunda keçirilən paytaxt seçkilərində Paşinyanın partiyası 81,06% (294 109 səs) toplamışdı. Bununla onun elektorat dəstəyi xeyli azaldıı görünür..

Sentyabrın 17-də keçirilən seçkilərdə inamlı ikinci yeri , Paşinyanın keçmiş müttəfiqi Ayk Marutyanın başçılıq etdiyi, mötədil qərbyönlü fikirlərini gizlətməyən Milli Tərəqqi partiyası tutub. Seçicilərin 18,89%-i (43 765 səs) “Milli Tərəqqi”yə səs verib.

Üçüncü yerdə 15,43% (35 739 səs) ilə rusiyayönlü “Ana Ermənistan” bloku qərarlaşıb. Dördüncü yeri Ermənistanın KTMT-dən və Aİİ-dən çıxmasının tərəfdarı olan “Respublika” partiyası tutub. Bu partiya çox güman ki, ölkədə hakim partiya ilə koalisiya yaradacaq. Onu seçicilərin 11,32% (26,236) dəstəkləyib. Əsas sürpriz 9,68% (22 431) ilə beşinci yerdə qərarlaşan “İctimai rəy” partiyasının yüksək nəticəsi ilə bağlıdır.

Qalan 9 siyasi qüvvə 5 il müddətinə seçilən İrəvan Ağsaqqallar Şurasına daxil olmayıb.

Onların arasında səslər azalan ardıcıllıqla aşağıdakı kimi bölüşdürülüb:

“Yaşayacaq ölkə” – 3,64% (8425),

“Parlaq Ermənistan” – 1,8% (4174),

“Qələbə” – 1,71% (3959),

“Ədalətli Ermənistan” – 1,12% (2595),

Ermənistanın Avropa Partiyası – 1,11% (2572),

“Demokratik konsolidasiya” – 1,01% (2348),

"Vətənin gücü" - 0,74% (1706),

“Vahid Ermənistan” – 0,55% (1282),

“Sosial ədalət naminə” – 0,34 (780).

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR