Onlayn ictimai-siyasi qəzet
Bloqer Aysel Şükürova keçmiş həyat yoldaşı Oqtay Əhmədovla bağlı mübarizəsini sonadək aparmaqda qərarlıdır. O, aliment öhdəliyini yerinə yetirməyən və sosial şəbəkədə canlı yayımlar zamanı ona yönəlmiş iddialarla çıxış edən keçmiş ərini məhkəməyə verib.
Musavat.com bildirir ki, Aysel Şükürova bu dəfə məhkəmə qərarını ictimailəşdirib və həmin qərardan narazı qaldığını bəyan edib:
“Mənə qarşı yönəlmiş böhtanlara, sosial mediada yaradılmış mənfi rəyə baxmayaraq, hüquqi mübarizəmi davam etdirirəm. Qarşı tərəf deyir ki, mənim adımı çəkməyib. Amma hamı bilir, kimdən danışdığını. Məhkəmə isə adı çəkmədiyinə görə işi onun xeyrinə yekunlaşdırıb. Bu qərarla razı deyiləm. Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəyəm. Burada dayanmaq fikrim yoxdur – sona qədər gedəcəyəm!”
Onun sözlərinə görə, Oqtay Əhmədov “sosial şəbəkədə Aysel haqqında yox, başqa biri haqqında danışdığını” iddia edib:
“Guya videolarda başqa bir Ayseldən danışırmış... Bu gün məhkəmədə də eyni şeyi təkrarlayıb. Deyib ki, əgər o (yəni mən) üstünə götürürsə, bu onun problemidir. Sadəcə gülürəm. İnsan gərək döyüşəndə belə kişi kimi döyüşsün!"
Xatırladaq ki, Aysel Şükürova Bakı “Lifttəmir” İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Aysel və Oqtay vaxtilə dəbdəbəli toy mərasimləri ilə medianın diqqət mərkəzinə düşmüşdü.
Xalidə Gəray
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ