İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan “Nemesis”i inkar edir- Geri addım  


Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada keçirdiyi mətbuat konfransında “nemesis”lə bağlı açıqlama verib.

Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, Simonyan bunu qeyri-dost addım kimi qəbul etməməyə çağırıb:

“Ermənistanda xarici siyasəti baş nazir və Xarici İşlər Nazirliyinin rəhbəri müəyyən edir və son aylarda hər kəs bu səviyyədə qəbul edilən qərarların şahidi olub.

“İstəsəniz münasibətlərin korlanmasına hər zaman səbəb və bəhanələr tapa bilərsiniz”, deyən Simonyan Ankaraya gəlməmək üçün özünün də xeyli bəhanə tapa biləcəyini söyləyib.
“Ermənistan ilkin şərt olmadan sülhə və münasibətlərin tənzimlənməsinə hazırdır və Türkiyənin də buna bənzər istəyinə ümid edir”,-deyə Simonyan bildirib.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR