İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan meriyasından Nemesis açıqlaması: SÖKMƏYƏCƏYİK!

Baş nazir Nikol Paşinyanın da etirazla qarşıladığı Nemesis abidəsinin guya yerli hakimiyyətin təşəbbüsünün nəticəsi olduğu iddia edilir. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bu barədə Türkiyədə açıqlama verərək məsuliyyətdən qaçmağa cəhd göstərmişdi.

Musavat.com bildirir ki, İrəvan meriyası Nemesis abidəsini sökmək niyyətinin və vəzifəsinin olmadığını açıqlayıb.

Bu barədə qurumun mətbuat katibi Levon Sardaryan yerli mediaya bildirib.

Memorial aprelin 23-də paytaxtda ucaldılıb, bundan sonra Türkiyə öz hava məkanını Ermənistan təyyarələri üçün bağlayıb. Daha sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıq şəkildə abidənin sökülməsini tələb edərək, Ermənistanı “əlavə tədbirlərlə” hədələyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR