Onlayn ictimai-siyasi qəzet
Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Elgün Cəbrayılov və Abşeron rayon sakini Ehtibar İsmayılov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən baxış zamanı Elgün Cəbrayılovun əlindəki torbanın içərisindən ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 5 kiloqram 400 qram heroin, 3 kiloqram 700 qram həşiş qətranı, 2 kiloqram marixuana və 200 ədəd metadon həbi aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onların İranda yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və aşkarlanan narkotik vasitəni Bakı şəhərinə aparıb deyiləcək ünvanlara çatdırmaq tapşırığı aldıqları müəyyən edilib.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ