İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı general hərbə-zorba gəldi: 110 mindən çox…

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri, briqada generalı Həsən Həsənzadə Tehranda 110 mindən çox hərbçinin iştirak etdiyi ən böyük “Qüds zəvvarları” təliminin yaxın günlərdə baş tutacağını bildirib.

Musavat.com-un məlumatına görə, bu barədə o, “Mehr” agentliyinə deyib.

Briqada generalı Həsənzadənin sözlərinə görə, bu cür təlimlər “Müqavimət Cəbhəsinə İslam İnqilabı Keşikçiləri Korpusunun onlara dəstəyi dayandırmayacağını göstərmək” məqsədilə keçirilir.

“Bu təlimlər zamanı düşmən “Bəsic” qüvvələrinin gücünün yalnız kiçik bir hissəsini görəcək”, - deyə Həsənzadə əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR