İnsanlara hürriyət, millətlərə istiqlal!

Solovyova sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs SAXLANILDI - VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ulyanovsk vilayəti üzrə idarəsi teleaparıcı Vladimir Solovyova qarşı sui-qəsd hazırlığında iştirak etməyi planlaşdıran şəxsi saxlayıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxs Dimitrovqrad sakinidir və 36 yaşı var.

Məlumata əsasən, saxlanılan şəxs dəfələrlə Moskvaya gələrək Solovyovun hərəkət marşrutları barədə məlumat toplayıb.

FTX-nin Ulyanovsk idarəsinin istintaq şöbəsi onun barəsində Rusiya Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci bəndi (terror təşkilatının fəaliyyətində iştirak) ilə cinayət işi açıb. İttiham edilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Onu 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, 2022-ci ilin aprelində də FTX Solovyova qarşı sui-qəsdin qarşısının alındığını açıqlamışdı. Həmin vaxt yayılan videoda saxlanılanlardan biri təkcə Solovyovun deyil, həmçinin Dmitri Kiselev, Olqa Skabeyeva, Yevgeni Popov, Tiqran Keosayan və RT baş redaktoru Marqarita Simonyana qarşı da hücumların müzakirə edildiyini demişdi. Rusiya tərəfi bu planların Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlandığını iddia etsə də, Ukrayna Təhlükəsizlik Xidməti bunu təkzib edərək “uydurma” adlandırmışdı.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR