İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı deputat: "Hökumət əhalinin evindəki dolları yığmalı və..."

"Hökumət əhalinin evindəki dolları yığmalı və əvəzinə rial verməlidir".

Musavat.com xəbər verir ki, bu sözləri İran parlamentinin sənaye və mədən komissiyasının üzvü, molla Cavad Hüseyni Kiya deyib.

"Hökumət xalqın etimadını qazanmalı, əhalinin əlindəki dollarları yığıb onlara dollar əvəzinə rial verməlidir. Təəssüf ki, hökumət xalqın etimadını qazana bilməyib. İnsanlar ehtiyac duyduqları zaman dövlətdən dollarlarını geri ala bilərlər. Biz bunu qızılla bağlı da həyata keçirə bilərik", - deyə iranlı deputat bildirib.

Musavat.om

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR