İnsanlara hürriyət, millətlərə istiqlal!

Edam olunan məhbusun son istəyi hər kəsi təəccübləndirdi

Ölümə məhkum edilmiş məhbuslara çox vaxt son söz, son yemək, telefon zəngi və ya ailələri ilə vaxt keçirmək kimi imkanlar verilir. Edam olunmazdan əvvəl qeyri-adi istəklə çıxış edən məhkum hər kəsi təəccübləndirib.

Viktor Harri Feqer 1963-cü il martın 15-də asılaraq edam edilib. Həkim Edvard Bartelsi öldürdükdən sonra yaxalanan Feqer son arzusu olaraq yalnız bir zeytun istəyib.

Onun edamından sonra kostyumunun cibində zeytun tumunun tapıldığı bildirilir. Ehtimal olunur ki, bu tum sülh simvolu olan zeytun ağacı yetişdirmək üçün nəzərdə tutulub.

Təbiblərin ustadı kimi tanınan İbn Sinanın min il əvvəl yazılan reseptlərində də yer alan zeytun müxtəlif xəstəliklərin dərmanıdır.

Zeytun yarpağı çayı yüksək miqdarda antioksidant ehtiva edir.

Bu xüsusiyyət hüceyrə zərərini azaldır və bədəndəki sərbəst radikalları aradan qaldıraraq ümumi sağlamlığı qoruyur. Bu bitki həm də təbii immunitet gücləndiricisidir. Daimi istehlak orqanizmi soyuqdəymə və qrip kimi xəstəliklərdən qoruyur.

Araşdırmalar göstərir ki, zeytun yarpaqları qan şəkərini balanslaşdırmaq qabiliyyətinə malikdir. Xüsusilə diabet xəstələri üçün faydalı ola bilər. Zeytun yarpağı çayı insulin səviyyəsini tənzimləməyə kömək edir.

Bu çay həmçinin maddələr mübadiləsini sürətləndirməyə kömək edə bilər. Tərkibindəki birləşmələr sayəsində yağ yandırılmasını dəstəkləyir və arıqlama prosesinə töhfə verir. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR