İnsanlara hürriyət, millətlərə istiqlal!

Siciliyada batan yaxta ilə bağlı ŞOK İDDİA - Mühüm məxfi məlumatlar...

Avqustun 19-da Siciliya sahillərində qəzaya uğrayan "Bayesian" yaxtasının göyərtəsində Qərb kəşfiyyat xidmətləri ilə bağlı məxfi məlumatlar ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, yaxtanın su keçirməyən seyflərində içərisində gizli məlumatlar olan iki şifrəli disk olub.

Məlumata görə, əvvəlcə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları oğruların yaxtadan qızıl-zinət və digər qiymətli əşyaları oğurlamağa cəhd edə biləcəyindən ehtiyat ediblər. Lakin indi onları daha çox məxfi məlumatların təhlükəsizliyi narahat edir.

Qeyd edək ki, göyərtəsində 22 nəfərin (12 qonaq və 10 ekipaj üzvü) olduğu 56 metr uzunluğundakı yelkənli "Bayesian" yaxtası avqustun 19-da səhər Palermo şəhəri yaxınlığında batıb. Yaxta Britaniya bayrağı altında üzüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR