Onlayn ictimai-siyasi qəzet
Pakistanda valideyn qızının başına videokamera taxıb. Kameranın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Yayılan görüntülərdə qadından niyə başında kamera olduğu soruşulur və o cavab verir ki, atası təhlükəsizlik məqsədilə onun hərəkətlərini izləmək üçün kamera quraşdırıb.
Qız deyib ki, bu cür tədbirlər çoxları üçün lazımsız görünə bilər, lakin onlar onu heç narahat etmir. Ata kameranı Pakistanın Kəraçi şəhərində küçədə baş verən faciəvi hadisə nəticəsində qızın həyatını itirdiyi hadisədən sonra quraşdırıb. Onun valideynləri qızlarını qorumaq üçün belə bir texnoloji yenilik təklif ediblər.
Videoda qız atasını cangüdən adlandırır və atasının hər zaman onun hərəkətlərinə nəzarət etdiyini izah edir. Onun sözlərinə görə, hər hansı xoşagəlməz vəziyyət yaranarsa, cihazın həqiqətən də ona kömək edəcəyinə ümid etdiyini bildirir. (lent.az)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ