Onlayn ictimai-siyasi qəzet
Fransa hökumətinin yeni tərkibi bir neçə həftəlik gərgin məsləhətləşmələrdən sonra təsdiq edilib.
Fransa prezident administrasiyasının rəhbəri Aleksi Koler nazirlərin siyahısını açıqlayıb.
"Demokratik Hərəkat Partiyası"ndan olan Jan-Noel Barro yeni xarici işlər naziri təyin edilib. O, Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə Aİ-nin çiçəklənməsi və sənaye strategiyasına cavabdeh olan Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş "İntibah" partiyasından olan Stefan Sejurneni əvəz edəcək.
Müdafiə naziri postu Sebastyen Lekornuya həvalə edilib. Fransa mətbuatının qeyd etdiyi kimi, müdafiə və xarici işlər nazirləri postlarına prezidentin təklif etdiyi namizədlər təyin olunur./Report
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ