İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla bağlı xarici şəxs və təşkilatların fikirləri:"İran rejimi xalqın milli sərvətlərinı talayır"

Tviterin xarici seqmentində İranla bağlı maraqlı paylaşımlar edilib.

Musavat.com dünyanın tanınmış siyasi şəxs və təşkilatlarının paylaşımlarını təqdim edir:

Avropa Parlamentinin Almaniyadan olan üzvü Hanna Noyman: “İranda etirazlar amansızcasına yatırılmağa davam etdiyi müddətcə, rejim nümayəndələri ilə heç bir danışıq aparmamalıyıq. Nə qədər ki inqilab keşikçiləri korpusu öz xalqına qarşı terror törədir, biz onları sanksiya siyahısına əlavə etməliyik. Cozep Borel: Artıq qeyri-müəyyənlik vaxtı bitdi!”;

Avropa Parlamentinin İsveçdən olan üzvü Abir Əl-Səhlani: “Cozep Borel Avropa Parlamentində İranla bağlı müzakirələrdən çəkindi. Deyəsən, o cəsarətini Aİ binasının haradasa bir yerində itirib”;

“Amnesty Iran” təşkilatı: “İran hakimiyyəti dərhal Elham Modarresini azad etməlidir, çünki onun həbsi ədalətli mühakimə prosesinin açıq-aşkar pozulması, o cümlədən vəkil verilməməsi səbəblərindən dolayı tamamilə əsassızdır. Azadlığa çıxana qədər növbəti sui-istifadə hallarından qorunmalı, həbsxanadan, ailədən və vəkillərdən kənarda ixtisaslaşmış tibbi yardım göstərilməlidir”;

“The Independent” qəzetinin müxbiri Borzu Daraqahi: “Avropalı sənayeçilərin və siyasətçilərin Tehran rejimi ilə əlaqələrə can atdığı iddia edilən “İran lobbisi”nin sonu gəldi. Avropa Parlamenti bu gün etirazçıların repressiyasına və Rusiyaya pilotsuz təyyarələrin satışına görə 598 lehinə səslə SEPAH-ı terror təşkilatı kimi tanıyıb”;

İran Milli Müqavimət Şurasının sədri Məryəm Rəcəvi: “Qərbi Azərbaycanın Xoy şəhərinin zəlzələdən zərər çəkmiş sakinlərinə dərin hüznlə başsağlığı verirəm. Mən bütün iranlıları, xüsusən də gəncləri bu ağır şəraitdə və şaxtalı soyuqda köməyə tələsməyə çağırıram. İran rejimi xalqın milli sərvətlərinı talayır, insanları təbii fəlakətlərə qarşı müdafiəsiz qoyur”;

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatı: “İranda qadınlar və qızlar ailədaxili zorakılığı qanuniləşdirən, eləcə də nikahda zorlama və namus cinayətlərinin qanuni olduğu bir sistemdən daha yaxşısına layiqdirlər. Qızlar üçün qanuni nikah yaşı, atası və ya babasının razılığı olduğu halda 13 və ya daha kiçik olaraq müəyyən edilib”; 

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Ceyson Brodski: “Proses hələ bitməyib, amma biz Avropanın İran rejiminə münasibətdə əhəmiyyətli dərəcədə kəskin mövqedə durmasına şahid oluruq. Bunu etiraf etmək və təqdir etmək lazımdır”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR