İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın təhsil naziri istefaya göndərilib

İranın təhsil naziri Yusif Nuri istefaya göndərilib.

“Report” xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

Bildirilib ki, İran Prezidenti İbrahim Rəisi Yusif Nurinin istefa ilə bağlı ərizəsini qəbul edib. Onun yerinə Fərahəngian Universitetinin rektoru Reza Murad Sahrai təyin olunub.

Yeni nazir 1977-ci ildə anadan olub. Əllamə Təbatəbai Universitetində Dilçilik üzrə doktorluğu müdafiə edib. Bu universitetin professorudur. Ötən ilin mayından Fərahəngian Universitetinin rektoru seçilib.

Yusif Nuri isə müəllimlərin aylıq əməkhaqqısının gecikdirilməsinə görə tənqid edilirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR