İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın keçmiş səfiri: “Geosiyasi çəkimiz zəifləyib”  


İranın Norveç və Macarıstandakı keçmiş səfiri Əbdürrza Fərəcirad molla rejiminin siyasəti ilə bağlı bəzi açıqlamalar verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, keçmiş səfir bildirib:

“İraq rəsmiləri də Fars körfəzi ilə bağlı oxşar açıqlamalar verib. Odur ki, Avropa ilə münasibətlərimiz kəsilərsə ki, elə bu istiqamətə doğru gedir, problem təkcə ABŞ və Avropa ilə məhdudlaşmayacaq, həm də sionist rejimin addımları və Təl-Əvivdə ən qatı anti-İran hökumətinin gəlişi ilə bu vəziyyət daha da pisləşəcək.

Son 43 ildə heç vaxt siyasi məsələlərə qarışmayan və iqtisadi fəaliyyətlə məşğul olan Cənubi Koreyanın prezidenti bir neçə gün öncə BƏƏ-də İrana qarşı açıqlama verir. Bu, onu göstərir ki, bizim xarici siyasətimizin vəziyyəti heç də yaxşı deyil və geosiyasi çəkimiz zəifləyib”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR