İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranın etdikləri dostluğa sığmır”- Dağ Yəhudiləri dini icmasının sədri

 

“Bu günə qədər İranın əleyhinə bir söz demədik, amma onların bu gün etdikləri dostluğa sığmır”.

Musavat.com xəbər verir ki, bunu Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Vicdan azadlığı və media” mövzusunda konfransda çıxışı zamanı deyib.

İcma sədri qeyd edib ki, 30 il qonşularımızı qıcıqlandırmayaq deyə bizə dost olan ölkə ilə diplomatik əlaqələr qurmadıq: “44 günlük Vətən müharibəsi göstərdi ki, əsl dost kimdir. Belə çıxır ki, onlar bizim dar ağacımızı çoxdan hazırlayıb”.

O, əlavə edib ki, Azərbaycan həqiqətləri haqqında çox yazılmasını istəyir: "Çünki biz hələ öz həqiqətlərimizi tam yaya bilməmişik. Azərbaycan həqiqətlərinin təbliğatı üçün mən ölkəmizə gələn tarixi qonaqları Qubaya dəvət edirəm, ölkəmizi gəzdirir, ibadət evlərimizlə tanış edirəm. Dəfələrlə bu cür səfərlərə gəlmiş media nümayəndələri Azərbaycan haqqında maraqlı yazılar yazıblar. Düşünürəm ki, bu məsələdə medianın rolu xüsusidir”.

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR