İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın ''dron'' qorxusu: ''İttihamlarla bağlı Ukrayna ilə danışıqlara hazırıq''

Biz dron ittihamlarını həll etmək üçün Ukrayna ilə danışıqlara hazırıq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

N.Kənani bildirib ki, Ukraynadakı müharibədə istifadə olunmaq üçün İrandan pilotsuz aparatların göndərilməsi ilə bağlı məlumatlar yalan və qərəzlidir: "Bu ehtimallara əsaslanan əsassız iddialar bəzi dövlətlərin İrana qarşı siyasi və məqsədyönlü təbliğatının tərkib hissəsidir".

O qeyd edib ki, bu ittihamları həll etmək üçün Ukrayna ilə danışıqlara hazırdırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR