İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Bakıya gizli gəldi, gedəndə Xudatda tutuldu - Taherabadi nə istəyirdi?

İrandan Azərbaycana qanunsuz yolla gələn, buradan da Rusiyaya getmək istəyən Taherabadi Mohamməd həbs edilib. O, Azərbaycana işləmək üçün gəldiyini, amma iş tapa bilmədiyi üçün buradan Rusiyaya getməyi planlaşdırdığını deyib.

Musavat.com xəbər verir ki, 23 yaşlı Taherabadi Mohamməd İranın Kermanşah şəhərində doğulub.

Orada da yaşayıb. Deyir ki, yaşadığı şəhərdə iş tapa bilmədiyi üçün Bakıya gəlməyi planlaşdırıb.

Təyyarə pulu olmadığı üçün quru yolla Azərbaycana keçməyi düşünən Taherabadi Mohamməd əvvəlcə velosipedlə İranın Astara şəhərinə qədər gəlib. Öncə üzərək Azərbaycana keçmək istəsə də, nəzarətin güclü olduğunu düşündüyü üçün fkrini dəyişib. O, sərhədboyu çəpəri aralayaraq Azərbaycan ərazisinə keçib. Yolun bir hissəsində velosipedi ataraq piyada davam edib.

Lənkəranda isə yol maşınlarına əl edərək Bakıya qədər gəlib çıxıb. Burada işləyəcəyini düşünsə də, planı baş tutmayıb. Bakıda ürəyi istəyən işi tapmayan Taherabadi Mohamməd Rusiyaya getməyi qərarlaşdırıb. Buna görə də Xaçmaza getmək istəyib. Bakıdan Xudata gələn zaman gecə saatlarında hərbi hissə yaxınlığından keçərkən özünü şübhəli apardığı üçün hərbçilər tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 318.1-ci (mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddəsi ilə təqsirli bilinərək 8 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzası başa çatdıqdan sonra ölkə hüdudlarından məcburi şəkildə çıxarılacaq.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR