İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda son 5 gündə 18 etnik bəluç edam edilib  

Bəluç Fəallarının Kampaniyası son vaxtlar Sistan və Bəluçistan əyalətində etnik bəluçların edam sayının kəskin artdığını bildirirlər.

Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumatlar yayılıb. Məlumata görə, son 5 gün ərzində 19 etnik bəluç edam edilib.

Üç bəluclu məhbus isə ölüm hökmünün icra olunması üçün birnəfərlik kameraya köçürülüb. Üç bəluclu məhbus – 32 yaşlı Sabour Şahbəxş, 34 yaşlı Əmir Rəmşək və 29 yaşlı Abdul Basir Pajem Totazahi edam hökmünün icrası üçün təkadamlıq kameraya köçürülüblər və edam ediləcəyi bildirilir.

Qeyd edək ki, 2022-ci ildə İranda 582 nəfər edam edilib və bunun 30%-i ölkə əhalisinin 2.6 faizini təşkil verən sünni məzhəbli etnik bəluçların payına düşüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR