Onlayn ictimai-siyasi qəzet
İranda 6-7 bal gücündə yeni zəlzələ qeydə alınıb. İlk təkanın gücü 5,1 bal olsa da, ikinci təkan güclü olub.
Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.
Zəlzələnin əks-sədası Azərbaycanla yanaşı, Ermənistanda da yenidən hiss olunub.
Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti bildirir ki, yerli vaxtla saat 11:08-də Parsabad şəhərindən 59 km cənub-şərqdə 4,7 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Qacaran, Mehri, Qarakilsə və Gorusda 2-3 bal gücündə hiss olunub.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ