İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazlarda həbs edilən ispaniyalı azad olunub

İranda etiraz aksiyaları zamanı həbs edilən 24 yaşlı İspaniya vətəndaşı Ana Baneira sərbəst buraxılıb.

APA xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Jose Manuel Albares məlumat verib.

Nazir bildirib ki, Ana Baneira dünən sərbəst buraxılıb, lakin onun təyyarəsi İrandan havaya qalxmazdan əvvəl bunu ictimaiyyətə açıqlamaq istəməyiblər.

Qeyd edək ki, digər İspan vətəndaşı Santiago Sánchez Cogedor hələ də İranda həbsdədir. O, Məhsa Əmininin məzarını ziyarət etdikdən sonra həbs edilib. İspaniya XİN rəhbəri bildirib ki, onun da azad olunması üçün səylər davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR