İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etiraz aksiyaları davam edir...

İranın Şəhrikürd, Saqqız,Sənəndəc, Şiraz, Tehran, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib.

Musavat.com xəbər verir ki, etirazlarda “Qadınlara azadlıq, millətlərə istiqlal! Pişəvəri ruhun şad olsun! Azadlıq, ədalət, milli hökumət”, "Məcid Rza, sən uyudun, biz hamımız oyandıq", “Diktatora ölüm!”, “Azadlıq!” və digər şüarlar səsləndirilib.

Dekabrın 10-u və 11-i keçirilən etiraz aksiyalarında 200-dən çox etirazçı həbs edilib.

"Mizan" xəbər agentliyi Tehranda keçirilən etiraz aksiyalarında 18 yaşdan aşağı 20 nəfərin həbs edildiyini yazıb.

Eyni zamanda qeyd edilir ki, “Anonymous Opİran” haker qrupu Tehrandakı “İmam Xomeyni” hava limanının internet saytına hücum edərək onu sıradan çıxarıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR