İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Ermənistan təhlükəsizlik rəhbərləri Zəngəzur məsələsini müzakirə etdi

Musavat.com xəbər verir ki, İran Ali Təhlükəsizlik Şurasının rəhbəri ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında telefon danışığı baş tutub.

Erməni mediasının yaydığı məlumata görə, tərəflər regiondakı son vəziyyəti, xüsusən də Ermənistan–Azərbaycan sərhədindəki prosesləri və Zəngəzur dəhlizi ilə bağlı mövcud gərginliyi müzakirə ediblər. Danışıqlarda həmçinin Ermənistan-İran əlaqələrinin hərtərəfli inkişaf etdirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional risklər barədə fikir mübadiləsi aparılıb.

Mənbələr bildirir ki, İran tərəfi bir daha Zəngəzur dəhlizinin açılmasına qarşı mövqeyini təkrarlayıb və bu məsələdə Ermənistanla “möhkəm həmrəylik” nümayiş etdirdiyini vurğulayıb.

Ekspertlərin fikrincə, bu telefon danışığı Tehranın son günlərdə Zəngəzur dəhlizi ətrafında səsləndirdiyi sərt bəyanatların davamı kimi qiymətləndirilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR