İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və ABŞ razılığa GƏLMƏDİ

İran və ABŞ Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün danışıqların növbəti raundunun tarixi və yeri barədə hələlik razılığa gəlməyiblər.

Musavat.com xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Abbas Əraqçi deyib.

İran XİN-in yaydığı məlumata görə, Əraqçi “danışıqların növbəti raundu ilə bağlı hələlik heç bir əminlik yoxdur" deyib. O, vurğulayıb ki, İran “danışıqları səbirlə və sakit aparır”. O, Tehranın uranı dinc məqsədlərlə zənginləşdirmək hüququndan imtina etmək niyyətində olmadığını bir daha vurğulayıb.

İran və ABŞ nümayəndələri mayın 23-də Romada İranın nüvə proqramı üzrə danışıqların 5-ci raundunu keçiriblər. Tərəflər arasında vasitəçilik edən Omanın xarici işlər naziri deyib ki, “bir qədər, lakin yekun olmayan irəliləyiş əldə olunub”. Əraqçinin dediyinə görə, Tehran və Vaşinqton danışıqların yeni raunduna hazırlaşır və ümid edirlər ki, daha bir-iki görüşdə müsbət nəticə əldə edəcəklər.

Qeyd edək ki, aprelin 12-dən bəri davam edən danışıqlar prosesi əvvəllər uranın zənginləşdirilməsi ilə bağlı fikir ayrılıqları səbəbindən iflasa uğramaq riski ilə üzləşmişdi. Amerika tərəfi israr edir ki, İran öz nüvə obyektlərində uranın zənginləşdirilməsindən tamamilə imtina etsin. Tehran bəyan edir ki, respublikanın nüvə proqramı müstəsna olaraq dinc xarakter daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 May 2025

25 May 2025

BÜTÜN XƏBƏRLƏR