İnsanlara hürriyət, millətlərə istiqlal!

İran uranı 84 faizə qədər zənginləşdirməsinə dair xəbərləri təkzib edib


İran uranı 84 faizə qədər zənginləşdirməsinə dair xəbərləri təkzib edib.

APA xəbər verir ki, İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri son iki həftədə Tehranda olub.

Onun sözlərinə görə, sentrifuqaların və onların elan etdiyi hissəciklərin konstruksiyasının tərtibinə uyğun gəlməməsi ilə bağlı həmin hallar yaxşı nəzərdən keçirilib: “Ekspertlər müəyyən edib ki, sentrifuqaların yerləşdirilməsinin dizaynında xüsusi sapma olmayıb və İranla Agentlik arasında mübahisəli məsələlərə dair iş bağlanıb. "Nümayəndə heyətləri uranın zənginləşməsinin 60%-dən çox olmadığını gördülər. İstehsal xəttimiz 60% təşkil edir. Onlar da hesabatlarında qeyd ediblər ki, bizim hasilat 60 faizdir”.

Eslami Atom Enerjisi Təşkilatının rəhbəri Rafael Qrossinin yaxınlarda Tehrana baş tutacaq səfərinə toxunaraq deyib ki, bu səfər Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) danışıqlarına qapı aça bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR