İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ilk dəfə BU RAKETDƏN istifadə etdi: Təl-Əvivdə DAĞINTILAR - VİDEO

Xəbər verdiyimiz kimi, İran İsrailə ballistik raketlərlə hücum edib.

Musavat.com xəbər verir ki, “Ynet” portalının məlumatına görə, bu dəfə ümumilikdə 20-yə yaxın raket atılıb. Təl-Əvivdə dağıntılar qeydə alınıb.

İranın hücumu nəticəsində İsraildə yaralananların sayı 16-ya çatıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, İran səhər saatlarında İsrailə qarşı hücumda ilk dəfə "Xeybar Şekan" orta mənzilli ballistik raketdən istifadə edib.

SEPAH-ın açıqlamasına görə, İranın İsrailə endirdiyi zərbənin hədəfi Ben Qurion hava limanı, bioloji tədqiqat mərkəzi və komanda məntəqələri olub.

Error loading media: File could not be played
00:00
00:00
 

Error loading media: File could not be played
00:00
00:00
 

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR