İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran-Azərbaycan münasibətləri zahirən düzəlsə də, qarşılıqlı etimad olmayacaq” - Şahin Cəfərlidən fərqli baxış - VİDEO

“Bizim İrana xeyirxah və ya bədxah münasibətimizdən asılı olmayaraq, bu regionda müstəqil və dünyəvi Azərbaycan dövlətinin mövcud olması faktının özünü İran bir təhdid mənbəyi kimi qəbul edir”.

Bu sözləri bu gün TV Müsavatın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatındakı “Dərin Təhlil” verilişində politoloq Şahin Cəfərli deyib. Onun fikrincə, Azərbaycan adında bir dövlətin İranın şimal sərhədlərində mövcud olması faltının özü, bu dövlətin özünün güclənməsi faktoru iran üçün təhdiddir: “İranın Azərbaycana münasibətinin kökündə dayanan faktor da elə budur. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan edəndə İran bizi tanımaqda tərəddüd etdi. Səhv etmirəmsə, müstəqilliyimizi tanıyan 16-cı dövlət oldu. Halbuki İran həm bizimlə həmsərhəd idi, həm də həmin vaxt burda konsulluğu var idi. Burdakı hadisələrdən ən yaxından bələd olan dövlət idi. Bu bölgədə bizim İrana münasibətimizdən asılı olmayaraq, İranı bizə neqativ baxışı davam edəcək. Yalnız o halda bu, dəyişə bilər ki, biz İranın təsir sferasına daxil olaq, İranın bir uzantısına çevrilək. Azərbaycan və İran burda maqnitin əks qütbləri kimi bir-birini inkar edən iki dövlətdir”.

Ş.Cəfərli eyni zamanda bilirib ki, hətta İran-Azərbaycan münasibətlərinin zahirən düzəlməsi ehtimalı da var. Amma politoloq buna baxmayaraq, bu iki dövlət arasında qarşılıqlı etimadın aradan qalxdığını vurğulayıb: “Artıq bundan sonra İran bizə nə qədər xoş münasibət göstərsə belə, Azərbaycanda İrana qarşı o şübhələr qalacaq. Çünki bilirik ki, İranın Azərbaycana və bölgəyə gerçək münasibəti nədən ibarətdir. Bundan zahirən münasibətlərin düzəlməsi və bu ritorikadan çəkilməsini yaxın gələcəkdə istisna etmirəm. Amma qarşılıqlı etimadın olması, qarşılıqlı münasibətlərin isə ikinci Qarabağ müharibəsindən öncəki dövrə qayıtması ehtimalını zəif görürəm”.
Hazırda canlı yayımlanan verilişlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR