İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Avropa İttifaqı və İngiltərəyə BELƏ CAVAB VERDİ - Tezliklə...

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kenani Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın İranlı şəxslərə və qurumlara qarşı tətbiq etdiyi sanksiyalardan danışıb.

Musavat.com xəbər verir ki, Kenani sanksiyaların çarəsizlik, məyusluq və qəzəb əlaməti olduğunu deyib

“Aİ və Britaniya rejiminin bu hərəkəti onların İran İslam Respublikasının nüfuzu ilə bağlı çaşqınlıqlarının, habelə İran həqiqətlərini düzgün dərk etməkdə əqli acizliklərinin əlamətidir. Avropa İslam Şurası və Britaniyanın bəzi üzvlərinə, eləcə də İranın məhkəmə, hərbi, hüquq-mühafizə orqanlarına qarşı son sanksiya tədbirləri onların son uğursuzluqlarına görə çarəsizlik, məyusluq və qəzəbin göstəricisidir. Onlar, təbii ki, sanksiyaların İran xalqının xarici müdaxilə və sui-qəsdlə mübarizə əzminə təsir etməyəcəyini çox yaxşı bilirlər"

İran XİN rəsmisi bildirib ki, Tehranın Aİ və İngiltərəyə qarşı sanksiyalarının yeni siyahısı tezliklə açıqlanacaq:

"İslam Respublikası olan İran bu cür uğursuz siyasətlərə cavab vermək hüququnu özündə saxlayır. Tezliklə Aİ və Böyük Britaniyada insan haqlarını pozanlara və terrorizm tərəfdarlarına qarşı yeni sanksiyaların siyahısını açıqlayacağıq".

Qeyd edək ki, dünən Aİ 18 iranlı şəxs və 19 təşkilatı sanksiya siyahısına daxil etdiyini açıqlayıb. İngiltərə Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada isə sanksiya siyahısına bir çox iranlı şəxs və təşkilatın əlavə edildiyi bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR