İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskın yalanı üzə çıxdı: "Davosa dəvət etməmişdik"

“Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakdan imtina etdiyini açıqlayan İlon Mask əslində oraya dəvət olunmayıb”.

Musavat.com “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarından biri məlumat verib.

Forumun media kommunikasiyalar şöbəsinin rəhbəri Yan Zopfun sözlərinə görə, sonuncu dəfə “Tesla”, “SpaceX” və “Tvitter” rəhbərlərinə 2015-ci ildə dəvət göndərilib.

Qeyd edək ki, Mask özü daha əvvəl “Tviter-də yazmışdı ki, o, Davos Formunun dəvətindən imtina edib. Ona görə yox ki, orada şeytani intriqalar var, ona görə ki, ora hədsiz dərəcədə darıxdırıcıdır.

Dünya İqtisadi Forumu siyasi və biznes elita nümayəndələrinin Davosda keçirilən illik toplantısıdır.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR