Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, milyarder İlon Mask dünən ABŞ prezidentliyinə namizəd Donald Trampla müsahibə aparıb.
Musavat.com xarici qaynaqlara istinadən xəbər verir ki, bu müsahibəni bir milyarda yaxın insan izləyib və bu, rekord göstərici hesab olunur.
Musavat.com olaraq müsahibənin ayrı-ayrı məqamlarını dərc etmişik. Bu dəfə bəzi önəmli mövzu başlıqlarını önə çıxardırıq:
- Tramp 30 il əvvəl Baydenin "aşağı intellektli" (İQ) olduğunu, indi isə "heç də mövcud olmadığını" söyləyib. Eyni zamanda o, hesab edir ki, Bayden prezident postunu tərk etmək niyyətində deyildi. Ona qarşı "dövlət çevrilişi" baş verdi və nəticədə Bayden oyundan çıxmağa məcbur oldu.
- Tramp Kamala Harrisi Baydendən bacarıqsız adlandırıb. O, Kamala haqqında “radikal solçu dəli” ifadəsini işlədib.
- Tramp seçkidə qalib gələcəyi təqdirdə Putinlə münasibətləri bərpa edəcəyinə ümid edir.
- Çin prezidenti Si Cinpin və Şimali Koreya lideri Kim Çen In haqqında danışan Tramp deyib: "Onlar öz oyunlarının başındadırlar, sərtdirlər, ağıllıdırlar və onlar öz ölkələrini sonuna qədər müdafiə edəcəklər".
- Tramp bildirib ki, Ukraynada hərbi kadr çatışmazlığı var və müharibədə bildiriləndən daha çox adam həlak olub. O, həmçinin Baydeni Ukraynanın NATO üzvü ola biləcəyini deməsinə görə tənqid edib.
- Tramp büdcə xərclərinin səmərəliliyi üzrə hökumət komissiyasının yaradılmasını təklif edib. Mask bu komissiyanın işinə kömək etmək istədiyini bildirib. Tramp ona belə cavab verib: “Şad olaram”.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ