İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskdan sensasion açıqlama: Amerika faktiki olaraq iflasa yaxınlaşır

İlon Mask ABŞ dövlət borcunun sürətlə artması ilə bağlı narahatlığını ifadə edib.

Musavat.com xəbər verir ki, noyabr ayının sonunda ABŞ-ın dövlət borcu tarixi rekord səviyyəyə çataraq 36 trilyon dolları keçib.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2029-cu ilə qədər dövlət borcu ABŞ-ın ÜDM-nin 132%-nə bərabər olacaq. BVF bu vəziyyətin həm ABŞ, həm də dünya iqtisadiyyatı üçün ciddi təhdidlər yaratdığını bildirib.

Gözləntilərə görə, İlon Mask və biznesmen Vivek Ramasvami Donald Trampın administrasiyasında hökumətin effektivliyini artırmaq məqsədilə yeni bir quruma rəhbərlik edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR