Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İsrail tərəfi Fələstin təşkilatı HƏMAS-ın hərbi qanadının yüksək rütbəli komandirlərinin görüntüsünü yayıb. Şəkildə təşkilatın rəhbər şəxslərinin hərbi xəritə üzərində müzakirə apardığı görünür.
Məlumata görə, kadrlarda bu şəxslər yer alır:
• Əbu Ubeidə — HƏMAS-ın hərbi qanadının rəsmi nümayəndəsi, mütəmadi olaraq İsrailə qarşı hərbi əməliyyatlarla bağlı açıqlamalar verir;
• Məhəmməd Deyf — təşkilatın əsas komandirlərindən biri, uzun illərdir HƏMAS-ın başlıca strateqlərindən hesab olunur;
• Rəfa Salama — hərbi əməliyyatlarda iştirak edən bölmələrdən birinin komandiri;
• Məhəmməd Odi — HƏMAS-ın hərbi qanadının digər yüksək vəzifəli komandirlərindən biri.
İsrail mətbuatı bu görüntülərin yayımlanmasını təşkilatın mövcud komanda heyətinin ifşası kimi təqdim edir. Ekspertlər hesab edirlər ki, bu addım həm informasiya müharibəsinin tərkib hissəsidir, həm də HƏMAS rəhbərliyinə psixoloji təzyiq məqsədi daşıyır. Çünki adətən bu cür addımların arxası ilə deşifrə olunan şəxslərin sui-qəsdlə aradan götürülməsi proseduru gəlir.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ