İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev “Ermənistan sülhə cavab vermədi” deyir - nələr olacaq? – Tural Abbaslı ilə Pənah Hüseyn “Canlı debat”da

İndi Cənubi Qafqazda sülhü bərqərar etmək və əməkdaşlıq qurmaq vaxtıdır. Azərbaycan bunun üzərində işləyir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

Ermənistanla münasibətlərin normallaşdırılması prosesindən danışan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi sülh sazişi üzərində işə başlamaq təklifi irəli sürüb.

“Ermənistan buna cavab vermədi. Sonra biz daha bir addım atdıq. Biz beynəlxalq hüququn beş əsas prinsipini, o cümlədən hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını, həmçinin indi və gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinmək təklifini irəli sürdük”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonaqlarımız isə Şuşa səfərindən yenicə qayıdan AXP sədri Pənah Hüseynlə Ağ Partiya sədri Tural Abbaslı olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR