İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ölkə Ukraynanın Aİ-yə daxil olmasına maneə törədəcək

2023-cü ilin Ukraynanın Avropa İttifaqına qoşulması ilə başa çatması ehtimalı azdır.

Musavat.com The Economist jurnalında çıxan materiala istinadla xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban, eləcə də Hollandiyada keçirilən seçkilərdə qalib gələn “Azadlıq” partiyasının lideri Gert Vilders Ukraynanın ittifaqa qəbuluna qarşı olacaq.

Nəşr yazır ki, Ukraynanın qəbulu ilə bağlı qərarın verilə biləcəyi sammit dekabrın ortalarına planlaşdırılıb, lakin Orban və Vilders Aİ-nin genişlənməsinin əleyhdarlarıdır və buna mane olacaqlar.

Onu da qeyd edək ki, Macarıstan lideri Orban Rusiyayönümlü siyasət yeritməsi ilə məşhurdur. O, Avropa birlikləri çərçivəsində Rusiyaya sərf etməyən bütün təşəbbüslərə mane olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR