İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ayağını itirən qazi xəstəxanada ona 2 “Morfin” vurulmasını istədi - dava düşdü

Qazi ilə həkim arasında insident baş verib. Qazi ağrılara dözə bilmədiyi üçün ona 2 ədəd “Morfin” vurulmasını istəyib. Lakin xəstəxanada 1 “Morfin” qaldığı üçün qazi narazılıq edib və ağrılarına 1 “Morfin”in təsir etmədiyini deyib.

Musavat.com-un xəbərinə görə, hadisə Saatlı Rayon Mərkəzi Xəstəxanasında baş verib.

İkinci Qarabağ qazisi Həsən Mehdiyev xəstəxanaya gələrək güclü ağrıları olduğunu deyib. 1-ci dərəcəli əlil olan Həsənin hər iki ayağı dizdən amputasiya olunub, protez qoyulub. Bədənində mütəmadi ağrılar olduğu üçün xəstəxanaya üz tutub.

Sonuncu dəfə xəstəxanaya gələrək 2 “Morfin” vurulmasını istəyib. Lakin xəstəxanada çalışan Ərkinaz adlı həkim 1 ədəd “Morfin” qaldığını deyib. Həsən buna etiraz edərək qışqırmağa, həkimi təhqir etməyə başlayıb. O, ağrılara dözə bilmədiyini deyib. İnsident zamanı Həsən əlindəki telefonla həkimin sifətinə vurub.

Hadisə yerinə polis əməkdaşları gəlib. Xəstəxanada olan digər şəxslər də Həsəni sakitləşdirməyə çalışıb. Həmin zaman Həsənin qardaşı da yanında olub.

Həsən ifadəsində əməlindən peşman olduğunu, hadisə vaxtı ağrıları səbəbindən çox gərgin olduğunu deyib.

Zərərçəkmiş kimi tanınan həkim Həsənlə barışmadığını, şikayətçi olduğunu deyib.

Məhkəmə H.Mehdiyev barəsində qərar verib. Hökmə əsasən, Həsən Mehdiyev barəsində 2 il şərti cəza təyin edilib.

Qeyd edək ki, H.Mehdiyev “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Həmçinin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Xatırladaq ki, qazi Həsən daha əvvəl də müxtəlif hadisələrlə gündəmə gəlmişdi. O, müalicə üçün canlı yayımda pul yığılması üçün dəstək istəmişdi. Bundan sonra qazi rəsmi qurumlar tərəfindən qəbul edilmişdi. Həsən həmçinin bir neçə avtomobilin iştirakı ilə nəticələnən avtoqəza da törətmişdi. O, sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə qəzaya düşmüşdü.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Fevral 2025

15 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR