Onlayn ictimai-siyasi qəzet
"Milan"ın heyətində oynayan Zlatan İbrahimoviçin oğlu Maksimilian qol vurub.
"Milan" - "Empoli" qarşılaşması 4:1 hesabı ilə başa çatıb. İbrahimoviçin oğlu bununla da 4 oyunda üçüncü qolunu vurub.
Bu yay, iyulun ortalarında Maksimilian İbrahimoviç "Milan"la müqavilə imzalayıb. Futbolçu klubun gənclərdən ibarət komandasında oynamağa davam edəcək. Maksimilian 2022-ci ildə İsveçin "Hammarbi" klubundan İtaliya klubunun strukturuna keçib.
Zlatan İbrahimoviç İtaliya klubunun rəhbərliyinin müşaviri vəzifəsini tutur. Zlatan 2010-2012 və 2020-2023-cü illərdə "Milan"da çıxış edib. 2023-cü ilin iyulunda isveçli hücumçu karyerasını başa vurduğunu elan edib. (lent.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ