İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahimoviç "Milan"ın avtobusunun şüşəsini sındırıb

İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç klubun avtobusunun şüşəsini sındırıb.

"Report"un "Milan News"a istinadən məlumatına görə, hadisə A Seriyasının XXXVII turunda "Atalanta" ilə ev oyunundan əvvəl baş verib.

41 yaşlı hücumçu vacib matç ərəfəsində həyəcanlanıb və içəridə olarkən avtobusun şüşəsini vurub.

Qeyd edək ki, qarşılaşma "Milan"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda sona bir tur qalmış 83 xalla liderdir. İkinci sıradakı "İnter"in 81 xalı var. İbrahimoviçin klubla müqaviləsi yayda başa çatacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR