İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahim Tatlıses nəvəsindən 370 min təzminat alacaq - SƏBƏB... - FOTO

Məşhur müğənni İbrahim Tatlıses nəvəsi Mert Tatlısesdən təzminat alacaq.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb nəvəsinin İbrahimin Sarıyerdə yerləşən bina evini 6 ildir zəbt etməsidir.

Mert babasının icazəsi və razılığı olmadan uzun müddətdir həmin evdə yaşayırdı.

Bu səbəblə Tatlıeses nəvəsini məhkəməyə verib.

Məhkəmədə hakim İbrahiminin lehinə qərar qəbul edərək nəvəsinin ona 370 min 246 lirə (təxminən 19 min 697 AZN) təzminat verməsini tələb edib.

Xatırladaq ki, Mert Tatlıses İbrahimin böyük oğlu Ahmet Tatlısesin oğludur. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR