İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Babaoğlu Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbər seçildi

Milli Məclisin iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə layihə müzakirə edildi.

Layihə barədə çıxış edən komitə sədri Səməd Seyidov bildirdi ki, Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər seçiləcək. S.Seyidov dedi ki, bununla parlamentin işçi qruplarına daha biri əlavə olunur. O, belə bir addımın atılmasının önəmindən bəhs etdi. Təqdimatdan sonra deputat Hikmət Babaoğlu Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər seçildi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR