İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyət evlərinə su çəkilməsinə qadağa qoyulacaq? - "Azərsu" AÇIQLADI  

"Oktyabrın 1-dən Bakıda yeni tikilən sənədsiz evlərə hər hansı kommunikasiya vasitələrinin (qaz, su və işığın) çəkilməməsi ilə bağlı qərar qəbul edilib. Bu kommunikasiya vasitələrinin çəkilməsi üçün mütləq şəkildə evin sənədi, yəni çıxarışı təqdim olunmalıdır".

Musavat.com xəbər verir ki, bunu  əmlak məsələləri  üzrə ekspert Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, təkcə Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarışı olmayan fərdi həyət evləri var: "Onların da hər birinin kommunikasiya ilə bağlı bütün sayğacları və "Azərsu", "Azərişiq" və "Azəriqaz"la müqavilələri var.  Əgər o həyət evlərində yaşayan sakinlərin hər hansısa bir kommunikasiya sayğacı xarab olarsa və o sayğacın dəyişdirilməsi ilə bağlı bu qurumlara müraciət olunarsa, onlardan çıxarış tələb olunacaqmı?  Bu sualın cavabı hər kəs üçün vacibdir. Əgər vətəndaşlar bu məsələ ilə bağlı məlumatlandırmasa, bu məsələ gələcəkdə böyük problemlərə yol acmış olacaq".

Məsələ ilə bağlı "Azərsu" ASC -nin mətbuat xidməti Anar Cəbrayıllı deyib ki, belə bir tələb olmayacaq: "İcazə sənədləri yeni abonent olmaq istəyənlərdən tələb olunur".

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR